Türkiyə presidenti Rəcəb Tayyib Ərdoğanın hədiyyə etdiyi velosiped oğurlanıb.
Lentaz yerli KİV-ə istinadla bildirir ki, hadisə yanvarın 11-də İstanbul şəhəri Sultanqazi qəsəbəsində qeydə alınıb.
Polislərin araşdırması nəticəsində oğurluğu edən şəxslərin 30 yaşlı Enver. G və 29 yaşlı Burak. A olduğu müəyyən edilib. Onlar polis tərəfindən saxlanılıblar. Oğurladıqları velosiped tapılaraq sahibinə təhvil verilib.
Saxlanılan şəxslər məhkəmə prosesindən sonra cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb.