Qubada əqli qüsuru olan şəxsin videosunu çəkib sosial şəbəkədə yayanlar saxlanılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, Quba rayonunda yaşayan əqli qüsuru şəxsin sosial şəbəkələrdə yayılan görüntüləri daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb:
“Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub.
Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Onlar bu əməllərindən səmimi peşmançılıq keçirdiklərini bildiriblər”.