ABŞ Energetika Nazirliyinin rəhbəri Cennifer Qranholm Vaşinqtonda konfransda çıxışı zamanı hücuma məruz qalıb.
Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, siyasətçi xəsarət almayıb.
Nazirin “Politico” enerji sammitində çıxışı zamanı təxminən on nəfərdən ibarət qrup onun çıxışını kəsib. Etirazçılardan bəziləri səhnəyə doğru irəliləməyə başlayıb. Hücum edənlərdən biri səhnəyə çıxmağa müvəffəq olub və nazirə tərəf qaçıb, lakin Qranholmdan iki metr aralıda saxlanılıb.