Elektrikə qoşulu qalan şarj cihazı evi yandırdı
07 iyul 2023 15:40 (UTC +04:00)

Elektrikə qoşulu qalan şarj cihazı evi yandırdı

0

Ufanın Pervomayskaya küçəsində iki otaqlı mənzil şarj cihazının elektrik qovşağında qalması səbəbindən yanıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, evin 10 sakini yanğın zamanı evdə olub.

Yanğın yaşayış binasının 4-cü mərtəbəsində başlayıb. Səbəbin elektrik qovşağında qalan şarj cihazında yaranan qısaqapanma olduğu bildirilir. Evin 1-i uşaq olmaqla 6 sakini yanğın yerini özbaşına tərk edə bilib, 4 nəfər isə yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Yanğının söndürülməsi cəmi 15 dəqiqə çəkib. Lakin mənzilə ciddi ziyan dəyib. Başqırdıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının söndürülməsində 11 nəfər və 4 texnika iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1963

Oxşar yazılar