Elan saytlarındakı saxta məlumatlara görə  “beh”  alan şəxs tutuldu -  VİDEO
30 aprel 2024 18:00 (UTC +04:00)

Elan saytlarındakı saxta məlumatlara görə “beh” alan şəxs tutuldu - VİDEO

Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin “beh” qismində dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə çoxsaylı şikayətlər daxil olub. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində həmin əməlləri törədən 44 yaşlı Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb. Araşdırma zamanı onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub. E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. E.Həsənovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Elan saytlarında saxta məlumatlar yerləşdirərək “beh” alan şəxs tutulub

# 2505
avatar

Oxşar yazılar