Əfv olundular, yenidən tutuldular,  həbsdə öldülər
31 yanvar 2024 17:40 (UTC +04:00)

Əfv olundular, yenidən tutuldular, həbsdə öldülər

0

Azərbaycanda daha iki məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkumlar - Asim Rasim oğlu Tağızadə və Qorxmaz Urxan oğlu Məmmədov dünyasını dəyişiblər. 

Qeyd edək ki, adıçəkilən şəxslər bundan əvvəl də həbsdə yatıblar. 

 Asim Tağızadə 2019-cu ildə, Qorxmaz Məmmədov isə 2021-ci ildə əfv ediliblər. 

Əfv edildikdən sonra onlar yenidən cinayət törətdikləri üçün həbs olunublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5326

Oxşar yazılar