Əfqan Sadıqov
04 avqust 2024 15:10 (UTC +04:00)

Əfqan Sadıqov

Əfqan Sadıqov Gürcüstanda həbs edildi-YENİLƏNİB

Gürcüstan məhkəməsi Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri seçib.

Lent.az-ın məlumatına görə, bu barədə Ə.Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova sosial şəbəkədə yazıb.

***

saat 10.58

Azərbaycan vətəndaşı Əfqan Sadıqov Tiflisdə Gürcüstan daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az-ın məlumatına görə, bu barədə Ə. Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova sosial şəbəkədə məlumat verib.

Hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkədə Azərbaycan hüquq-mühafizə orqanlarının Əfqan Sadıqovun barəsində cinayət işi başladığını yazıb: "Jurnalist hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunur. O, beynəlxalq axtarışa verilib.

Azərbaycan tərəfinin sorğusuna uyğun olaraq, jurnalistin ekstradisiya ediləcəyi gözlənilir".

Əfqan Sadıqov bir müddət öncə Gürcüstandan üçüncü ölkəyə getmək istəyərkən də aeroportda saxlanılıb və sənədlərində problem olduğu bildirilib.

Qeyd edək ki, Əfqan Sadıqov əvvəllər də eyni maddə ilə həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4188
avatar

Oxşar yazılar