Tanınmış idmançı Eduard Məmmədova Daxili İşlər Nazirliyində yeni vəzifə verilib.
Lent.az xəbər verir ki, bununla bağlı idmançı özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Belə ki, nazir, general-polkovnik Vilayət Eyvazovun əmrilə Eduard Məmmədov nazirliyin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.