Əfqan qaçqınının Bakıda evdə meyidi tapılıb.
Lent.az-ın əldə etdiyi məlunata görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nəsimi küçəsi ev 32a-da qeydə alınıb.
Belə ki, Əfqanıstan Respublikasının vətəndaşı olan Gorban Masum Alının həmin ünvanda yerləşən fərdi yaşayış evində meyiti aşkarlanıb.
İlkin məlumata görə, mərhum uzun müddət ürək çatışmamazlığından əziyyət çəkdiyi bilinib.
Qeyd edək ki, Gorban Masum Alıya Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Ali Komissarlığı tərəfindən mandat qaçqın statusu verilib.