Əcnəbi vətəndaş  Bakının mərkəzindəki hosteldə  qarət olundu
19 fevral 2026 13:09 (UTC +04:00)

Əcnəbi vətəndaş Bakının mərkəzindəki hosteldə qarət olundu

0

Bakıda əcnəbi vətəndaş hosteldə qarət olunub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın mərkəzində yerləşən “Alara İnn Hostel Baku”da qeydə alınıb.

İttiham aktına görə, 56 yaşlı Gəncə şəhər sakini Rəşad Mədətov (ad və soyad şərtidir) hostelə müştəri qismində gəlib. Günorta saatlarında heç kimin onu görmədiyindən əmin olandan sonra dolabdakı gödəkçənin cibindən 140 manat pul və çəkmənin açarını götürüb. Həmin çəkməni açıb və içərisində məzənnə ilə 3910 manat edən 2300 dollar pul ilə özünün də 85 manat qiyməti olan cüzdanı oğurlayıb. Ümumilikdə zərərçəkənə 4135 manat ziyan vurub.

Bu əməlinə görə, R. Mədətov saxlanılıb və barəsində cinayət işi açılıb. İstintaq zamanı Rəşad vurduğu ziyanın çox hissəsini ödəyib və 900 manat ödənilməmiş hissə qalıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Zərərçəkən şəxs də qalan borcun ödənilməsini və Rəşada həbslə bağlı olmayan cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Rəşad Mədətov barəsində 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar