
Düşmənin Qarabağda döyüşlərə cəlb etdiyi xarici vətəndaş barəsində həbs qərarı verildi
Ermənistanın Qarabağda döyüşlərə cəlb etdiyi daha bir şəxs barəsində cinayət işi başlanıb.
APA-nın məlumatına görə, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə E. Dubakov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat baxılıb.
Məhkəmə istintaq orqanın təqdimatını təmin edərək, E. Dubakov barəsində həbs qətimkan tədbiri seçib.

Oxşar yazılar

Laçının müdafiəsində ağır yaralanan əsgərimiz ŞƏHİD OLDU
8 mart 2021 , 00:07
Piyada hadisə yerində keçindi
7 mart 2021 , 20:52
RAYONDA FACİƏ: daha bir gənc həyatını itirdi
7 mart 2021 , 20:46
Güclü küləyin fəsadları belə aradan qaldırılır - VİDEO
7 mart 2021 , 19:36
Külək ağacı avtomobilin üzərinə aşırdı -FOTO
7 mart 2021 , 15:12
Külək "Kamaz"ı aşırdı-FOTO
7 mart 2021 , 14:44
Daha bir məktəbin damı uçdu-FOTO
7 mart 2021 , 14:00
Bu gizli toyda... - FOTOLENT
7 mart 2021 , 13:19