Dövlət qurumlarına işə düzəldəcəm  deyib insanların pulunu aldı
23 iyun 2025 12:58 (UTC +04:00)

Dövlət qurumlarına işə düzəldəcəm deyib insanların pulunu aldı

Şirvanda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən Göygöl rayon sakini, 61 yaşlı Altay İsmayılov saxlanılıb.

Lent.az xəbər verir ki, adıçəkilən şəxs vətəndaşlara dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəldəcəyi, eləcə də övladlarını özəl təhsil müəssisələrində təhsil almalarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək onların müxtəlif məbləğlərdə pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

A.İsmayılovun qanunsuz əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar