Xızıda oğurluq hadisəsi olub
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Giləzi qəsəbəsində Suvarma Sistemləri İdarəsinin hidrotexniki qurğularından 6 ədəd beton halqanın, Şorabad kəndi ərazisində isə suburaxıcı qurğunun reduktorla birgə oğurlanıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Əlyar Hüseynov və Nurlan Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.