Dönərxanalarda reydlərə başlanıb? - AQTA-dan açıqlama
14 dekabr 2021 11:03 (UTC +04:00)

Dönərxanalarda reydlərə başlanıb? - AQTA-dan açıqlama

0

Bakıda dönərxanalarda kütləvi yoxlamalara start verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, yoxlamaların aparılamsına səbəb ötən gün “28 May” metrostansiyası yaxınlığında yerləşən dönərxanadakı kütləvi zəhərlənmə ilə bağlıdır.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Feyziyeva Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, dönərxanalarda mütəmadi reydlər keçirilir:

“Bu yoxlamalar təkcə dünənki zəhərlənmə ilə bağlı deyil. Ümumiyyətlə, həm dönərxanalar, həm də digər ictimai iaşə obyektlərində mütəmadi olaraq reydlər keçirilir. Aşkar olunan nöqsanlar barədə yerindəcə ölçü götürülür və lazımi tədbir görülür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3554

Oxşar yazılar