Doğum günündə FACİƏ: damdan düşən mismar  ürəyini deşib öldürdü
10 oktyabr 2022 17:57 (UTC +04:00)

Doğum günündə FACİƏ: damdan düşən mismar ürəyini deşib öldürdü

Amerikanın Florida ştatının Fort-Mayers şəhərinin sakini Nişel Harris-Maylsa qasırğa zamanı damdan düşən mismar ürəyini deşib.
 
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bir həftə sonra 40 yaşlı qadın dünyasını dəyişib.
 
Hər şey əmisi qızı Şanel Mastonu və iki dostunu bayrama dəvət edən Harris-Maylsın ad günündə baş verib, lakin birdən “İen qasırğası başlayıb. Onların kirayə qaldıqları yerlər dağılmağa başlayıb və güclü yağışa görə otağı su basıb.


 

"Biz özümüzü bir-birimizə çarşafla bağladıq, döşəkdə uzandıq. Döşəmənin altından su çox sürətlə fışqırdı. Damın parçaları üstümüzə düşdü", - Maston xatırladıb.
 
 Bir anda damdan bir mismar düşüb və Harris-Maylsın ürəyinə dəyib, aorta damarını zədələyib. Qohumunun sözlərinə görə, o, xilasetmə xidmətinə çağırmağa çalışsa da, telefonu götürən olmayıb. Qadınlar nəhayət çölə çıxmağı bacarana qədər otaqda 14 saat keçiriblər. Həkimlər bir həftə qurbanın həyatı üçün mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Oxşar yazılar