Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112 - Qaynar Xətt”inə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.
***
11:32
Ədliyyə Nazirliyinin binasında yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.