Buryatiyanın Zakamenski rayonundan olan 21 yaşlı gənc xəstəxanaya tez çata bilməyib və kariyes səbəbindən şoka düşüb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, dişi şiddətli ağrıyan zaman gənc meşədə olub. Tez rayon xəstəxanasına çata bilməyib. Həkimlərin dediyinə görə, kariyes iltihabi prosesə səbəb olub, irin damarlar boyunca boyuna doğru yayılıb. Həkimlər yerli sakinə ağız və boyun dibinin odontogen flegmonası diaqnozu qoyublar.
Gənc təcili olaraq mayenin çıxması üçün xüsusi borular quraşdırılaraq əməliyyat olunub. Bir müddət sonra məlum olub ki, iltihab təkcə boyun nahiyəsinə deyil, sinə nahiyəsinə də çatıb. Daha sonra gənc oğlan daha iki əməliyyat keçirib, bundan sonra onun həyatı üçün təhlükə keçib.
Xəstənin dediyinə görə, dişi xəstə olduğu üçün iki həftə yemək yeməyib. O, bu səbəblə 23 kq arıqlayıb.