Dəmir yolundan metal oğurlayanlar  saxlanıldı - YENİLƏNİB
25 iyun 2023 12:38 (UTC +04:00)

Dəmir yolundan metal oğurlayanlar saxlanıldı - YENİLƏNİB

0

Dəmir yolları xəttinin Sabunçu rayonu Pirşağı-Zabrat mənzilinin 25-ci kilometrliyində təhlükəsizliyin təmin olunması məqsədi ilə dəmir yol kənarına çəkilmiş 22 ədəd əlvan metaldan olan tor naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Loğmanov qısa zamanda saxlanılıb və Polis Şöbəsinə gətirilib. Həmin şəxsin oğurladığı dəmir torlar isə polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Kamran Loğmanov ifadəsində dəmir torları satmaq məqsədi ilə oğurladığını etiraf edib. 

Qeyd edək ki, Kamran Loğmanov etdiyi oğurluq nəticəsində dəmir yol təsərrüfatına 3 min manata yaxın maddi ziyan vurub. Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3119

Oxşar yazılar