Daha bir rayon İcra Hakimiyyətində əməliyyat: icra başçısının saxlanıldığı bildirilir
07 dekabr 2020 12:25 (UTC +04:00)

Daha bir rayon İcra Hakimiyyətində əməliyyat: icra başçısının saxlanıldığı bildirilir

0

Cəlilabad rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirilir.

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar var.

Saxlanılanlar arasında Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun da olduğu bildirilir.

Saxlanılanlar korrupsiya və rüşvət əməllərində təqsirli bilinir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi barədə xəbəri ilk olaraq sabah.az saytı yayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2724

Oxşar yazılar