Fərahim Məmmədov
05 dekabr 2020 11:20 (UTC +04:00)

Fərahim Məmmədov

Daha bir koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Pərvanlı kəndində yaşayan Fərahim Məmmədovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə sms göndərilməsinə baxmayaraq bu göstərişlərə əməl etməyib. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən Fərahim Məmmədov Pərvanlı kəndinin inzibati ərazisində ictimai yerlərdə olması polislər tərəfindən müəyyən edilib. Polislər tbbi prosedurları gözləməklə E.Məmmədovu yaşadığı evə qaytarıblar.

Onun barəsində Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

"Bir daha evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək məzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər", - deyə DİN-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54