Daha bir əsgərimiz özünü güllələdi
26 iyul 2023 16:38 (UTC +04:00)

Daha bir əsgərimiz özünü güllələdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin  hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə  Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Respublika Hərbi Prokurorluğundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Qeyd edək ki, bu gün daha bir əsgərimiz intihar edib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ələkbərov İlkin Elburus oğlu da odlu silahdan atəş açmaqla özünü öldürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2535
avatar

Oxşar yazılar