Dağdan yıxılan şəxs xilas edildi
23 may 2023 08:26 (UTC +04:00)

Dağdan yıxılan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndi ərazisində 1 nəfərin dağlıq ərazidə yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Şimal-qerb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Qəbələ rayon sakini 1985-ci il təvəllüdlü Nazim İsakov mürəkkəb relyefli dağlıq ərazidə yüksəklikdən yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təhlükəli vəziyyətə düşüb. 

Əvvəlcə, xəsarət almış şəxsə xilasedicilər tərəfindən ilkin yardım göstərilib, o cümlədən sınmış qoluna şina qoyulub.

Daha sonra mərkəzin xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı sayəsində N.İsakov çətin keçidli relyefə malik dağlıq ərazidən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1535

Oxşar yazılar

Sumqayıtda yola mənşəyi naməlum maddə dağıldı

Sumqayıtda yola mənşəyi naməlum maddə dağıldı

11 may 2025 , 18:43
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04