Məşhur serialın çəkildiyi bina yanıb.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, söhbət Azərbaycanda da izləyicilərinin çox olduğu “Çukur” serialından gedir.
Serialın çəkildiyi İstanbul şəhəri Fateh məhəlləsində yerləşən çayxana alışıb yanıb.
Məlumata görə, yanğın çayxananın damından başlayıb. Daha sonra ikinci mərtəbəyə də keçərək davam edib. Hadisə yerinə ətraf qəsəbələrdən də xeyli sayda yanğınsğndürən maşınlar cəlb olunub.
Yanğın söndürülsə də, ikimərtəbəli bina tamamilə yanıb kül olub. Hadisə nəticəsində ölən və yaralanan olmadığı bildirilir.