COVID  pasportuna görə toy yarımçıq qaldı
13 dekabr 2021 12:07 (UTC +04:00)

COVID pasportuna görə toy yarımçıq qaldı

0

Zaqatala toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Yolayrıc kəndində Məhərrəm Serova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi M.Serov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib və məclis dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1577

Oxşar yazılar