Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanıldı
03 aprel 2024 09:36 (UTC +04:00)

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanıldı

Aprelin 2 -də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

# 1614
avatar

Arzu Qurbanlı

Oxşar yazılar