Moskva vilayətinin Volokolamsk şəhərində polis cibində 7 qumbara olan 44 yaşlı kişini saxlayıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, həmin şəxs Yadrovo kəndi yaxınlığında döyüş sursatı tapdığını bildirib.
Hazırda qumbaralar ekspertlər tərəfindən yoxlanılır. Saxlanılan şəxsin əvvəllər aliment pulunu ödəmədiyi üçün məhkum edildiyi bildirilir.