Yanvarın 16-da saat 13 radələrində Yardımlı rayonu, Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb. Sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı Yardımlı rayon Polis Şöbəsində araşdırma aparılır.