Gəncə şəhər ərazisində “Chevrolet” markalı avtomobildən 15 min manat dəyərində 81 ədəd mobil telefonu oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini O.Hüseynov saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri aparılır.