Cəlilabadda toyda DAVA : ÖLən var - YENİLƏNİB
05 iyun 2025 20:26 (UTC +04:00)

Cəlilabadda toyda DAVA: ÖLən var - YENİLƏNİB

Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, hadisə ilə bağlı APA-nın cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

19:21

Cəlilabad rayonunda iki gün əvvəl toyda döyülən şəxs ölüb.

Lent.az-ın xəbərinə görə, Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən insident ölümlə nəticələnib.

41 yaşlı Qənbər Yusubov toyda iki qardaş tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Yusubov xəstəxanaya hospitalizasiya olunub və ona ilkin tibbi yardım göstərilib.

O, xəstəxanada qalmaqdan imtina edib.

Daha sonra səhhəti pisləşdiyi üçün bu gün yenidən xəstəxanaya yerləşdirilib və orada ölüb.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar