Cəlilabadda FACİƏ:  iki azyaşlı bacı kanalda batdı - YENİLƏNİB
29 dekabr 2023 17:33 (UTC +04:00)

Cəlilabadda FACİƏ: iki azyaşlı bacı kanalda batdı - YENİLƏNİB

Baş Prokurorluq Cəlilabadda azyaşlıların kanalda boğulması ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Cəlilabadda kanalda boğulanlar azyaşlı bacılardır.

Lent.az APA-ya istinadla xəbər verir ki, kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.

İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.

Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir.

***
Saat: 16:57

Cəlilabadda iki nəfər kanala düşərək boğulub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

İki nəfərin kanala düşərək boğulduğu bildirilir.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4853

Oxşar yazılar