Araşdırma zamanı məlum olub ki, M. Abdulhüseynlinin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb.
Lent.az xəbər verir ki, xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan hadisə ilə bağlı Lent.az-a bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Hadisə ilə bağlı əlavə şərh verilməyib.
***
20:37
Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.
İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.
Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.