Cəbrayılda Göranboy sakinləri həbs olundu -  SƏBƏB
12 yanvar 2022 13:24 (UTC +04:00)

Cəbrayılda Göranboy sakinləri həbs olundu - SƏBƏB

İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb.
  
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisinə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 4 nəfər saxlanılıb.

Araşdırmalarla onların Goranboy rayon sakinləri – H.Məmmədov, Ə.Məmmədov, Ə.Vəlisoy və Ə.Abdullayev olduqları müəyyən edilib.
 
Xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Mehman Nəbiyev

Oxşar yazılar