Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi qəzada öldü
18 oktyabr 2024 11:43 (UTC +04:00)

Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi qəzada öldü

"Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi qəzada həlak olub.

Lent.az xəbər verir ki, hadisə Cəbrayıl rayonu Soltanlı kəndində baş verib.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Araşdırma aparılır.

Qeyd edək ki, Ədalət Zeynalov Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612
avatar

Oxşar yazılar