Çay paketlərində narkotik gətirən iranlı aeroportda tutuldu
09 iyun 2023 13:36 (UTC +04:00)

Çay paketlərində narkotik gətirən iranlı aeroportda tutuldu

0

Moskva Şeremetyevo hava limanının gömrükçüləri Rusiyaya marixuana gətirmək istəyən iranlını saxlayıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, həmin şəxs narkotik vasitəni çay paketlərində gizlədərək Rusiyaya gətirməyə cəhd edib.

Narkotiklər xüsusi təyinatlı it sayəsində aşkarlanıb. Əşyalara baxış keçirilərkən məlum olub ki, marixuana 18 ədəd çay paketinin içərisində gizlədilib.

Həmin şəxsə qarşı narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1651

Oxşar yazılar