Canlı yayımda bloggerin əlini qılıncla kəsdi
29 may 2023 13:39 (UTC +04:00)

Canlı yayımda bloggerin əlini qılıncla kəsdi

Çinin Futszyan əyalətinin Syamen şəhərində bir kişi bloggerə hücum edərək onun əlini qılıncla kəsib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə canlı yayım zamanı baş verib.

Streamer adlı blogger canlı yayımda dostu ilə söhbət edərkən birdən kadrda qılınclı bir adam peyda olub. Aqressiv olan həmin şəxs münaqişə zamanı bloggerin əlini kəsib. Zərbə videoya düşüb, daha sonra görüntülər sosial şəbəkələrdə yayılıb. Hücum zamanı canlını  99 nəfər izləyib.

Bloggerə yaxın olan digər şəxslər isə hücum zamanı qaçaraq gizlənməyə çalışıblar.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Məlum olub ki, Luo adlı şübhəli daha əvvəl Douyin proqramında (TikTok-un Çin ekvivalenti) Straymer və onun dostu ilə mübahisə edib. Hücumun səbəbi bu olub.

Blogger və dostu xəstəxanaya yerləşdirilib. Hər ikisi də arxadan vurulub.

Hücumdan bir neçə saat sonra polis cinayətkarı həbs edib. Hadisə ilə bağlı araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Oxşar yazılar