Buzlu yolda 7 avtomobil toqquşdu-FOTO
17 fevral 2023 23:56 (UTC +04:00)

Buzlu yolda 7 avtomobil toqquşdu-FOTO

0

İsmayıllının Bizlan  kəndi istiqamətində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

Lent.az APA-ya istinadla xəbər verir ki, gecə saatlarında çovğun nəticəsində yollar buz bağlayıb və 7 avtomobil toqquşub. 

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, sözügedən ərazidə yolların buz bağlaması və qəzalar səbəbindən hərəkət məhdudlaşıb. Nəticədə çox sayda avtomobil yolda qalıb. Əraziyə YPX əməkdaşları və yol tikintisi idarəsinin canlı qüvvəsi cəlb olunub. Yollar təmizlənib və hərəkət bərpa edilib. Hərəkət ümumilikdə 2 saata yaxın məhdudlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2268

Oxşar yazılar