Bulvarda qadın özünü dənizə atdı -  VİDEO
23 iyun 2023 23:26 (UTC +04:00)

Bulvarda qadın özünü dənizə atdı - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN xəbər yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 38 yaşlı C.Əliyevanı dalğıclar xilas edib, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3902

Oxşar yazılar