Bulvarda dənizə düşdü  - Xilasedicilər gəldi...
26 dekabr 2020 18:18 (UTC +04:00)

Bulvarda dənizə düşdü - Xilasedicilər gəldi...

0

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1948

Oxşar yazılar