Bakı bulvarında dənizə düşən şəxsin kimliyi bilinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, onun 18-20 yaşlarında qadın olduğu məlum olub. Hadisə gecə saat 2 radələrində qeydə alınıb.
Mərhumun meyiti sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
***
09:01
Xəzər dənizində meyit aşkarlanıb.
Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.