"Bir qadın burnu ilə gələcəyimizi dəyişə bilər!"
Lent.az xəbər verir ki, bu sözləri lor cərrah Natiq Qarayev deyib.
Onun sözlərinə görə, bəzən qadınlar gələcəyin bir həkimini, yaxud alimini öz burunlarına, öz komplekslərinə qurban verir:
Natiq Qarayev
"Söhbət laktasiya (südvermə) dövründə burunlarını əməliyyat etdirmək üçün müraciət edən qadınlardan gedir.
Belə ki, əməliyyat zamanı və əməliyyatdan sonrakı müddətdə qəbul edilən preparatlar ana südü vasitəsilə körpələrin orqanizminə sirayət edir. Bu da körpələrdə əqli və fiziki inkişafın ləngiməsinə səbəb olur.
Bu müddətdə qadınlara əməliyyat etdirməməyi tövsiyə edirəm”.