Fəst-fuddan daha təhlükəli  balıq yeməkləri
10 iyun 2025 19:20 (UTC +04:00)

Fəst-fuddan daha təhlükəli balıq yeməkləri

Bəzi növ balıqlar və balıq yeməkləri sağlamlığınıza zərər verə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, onlar, hətta fəst-fuddan da zərərli ola bilər.

Süni göldə yetişdirilən qızılbalıq

Qızılbalıq tez-tez dietoloqlar tərəfindən omeqa-3 yağ turşuları ilə zəngin olduğu üçün tövsiyə olunur. Bu maddələr insulini tənzimləyir. Ancaq bu faydalar yalnız vəhşi qızılbalığa aiddir. Süni göllərdə yetişdirilən qızılbalıq əksinə, orqanizmdə iltihabi prosesləri artıra bilər.

Onun tərkibində təxminən 1900 mq yağ var, halbuki vəhşi qızılbalıqda bu göstərici cəmi 114 mq-dır. Göldə yetişdirilən qızılbalığın əti daha parlaq çəhrayı rəngdə olur.

Tilapiya

Tilapiya yağlılığı ilə tanınır. Tərkibindəki yağ miqdarı bəzi donuz əti məhsullarından, şirniyyatlardan və hətta burgerlərdən belə çoxdur.

Bu balıq adətən göldə yetişdirilir və yosun, göl bitkiləri əvəzinə qarğıdalı ilə bəslənir. Bu isə onun həm daha yağlı, həm də sağlamlığa zərərli olmasına səbəb olur. Tərkibcə tilapiya dəniz məhsulları arasında sanki “soyuq qəlyanaltı”ya (xolodec) bənzəyir.

Tonkanlı rollar

Ton balığı özü azkalorili və diyetik məhsul sayılsa da, suşilərdə və rollarda istifadə edilərkən bu fayda sıfırlana bilər. Çünki bu rollarda ton balığı çox vaxt mayonezlə qarışdırılır ki, bu da yeməyi daha yağlı və yüksək kalorili edir.

Üstəlik, suşilərdəki ağ düyü də ideal seçim deyil. Məsələn, məşhur “Philadelphia” rolları (qızılbalıq, krem pendir və ağ düyü ilə) təqribən 520 kalori və 20 qram yağ ehtiva edir.

Tempura krevetləri

Krevetlər klyarda (qatı xəmir) qızardılır, ağ unla örtülür və yağda bişirilir. Belə bir yeməkdə 508 kalori və 21 qram yağ ola bilər – bu, demək olar ki, BigMac qədərdir.

Nəticə olaraq, balıq yeməkləri seçərkən təkcə balığın növünü deyil, həm də hazırlanma üsulunu nəzərə almaq vacibdir ki, sağlamlığa zərər verməyəsiniz.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122

Oxşar yazılar