Moskvada bazara silahlı hücum:  azərbaycanlıları hədələdilər
10 iyun 2025 16:33 (UTC +04:00)

Moskvada bazara silahlı hücum: azərbaycanlıları hədələdilər

Moskva vilayətində azərbaycanlıların çalışdığı bazara silahlı hücum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, insident iyunun 1-də Moskva vilayətinin Şolkovo rayonunun Fryanovo qəsəbəsində baş verib.

Həmyerlilərimizin çalışdığı bazara iki nəfər əlində “Vinçester” markalı odlu silahla daxil olaraq bazarda çalışan azərbaycanlılar daxil olmaqla qeyri-rus millətindən olanları hədələyiblər.

APA bazara silahlı hücumun və azərbaycanlılar daxil olmaqla bazarda çalışan miqrantların silahla hədələnməsinin videogörüntülərini əldə edib. Görüntülər ətrafdakı obyektlərin müşahidə kamerasından çəkilib.

Bazarda çalışan Fryanovanın yerli sakini Svetlana Məmmədova həmin şəxslərə müqavimət göstərib.

“Bazara iki qardaş, Sergey və Aleksandr Qavrilovlar silahla hücum elədilər. Onlar avtomobildən düşüb silahı bazarda çalışan miqrantların üzərinə tuşladılar. Mən onları sakitləşdirməyə çalışdım. Lakin onlar məni silahın küt hissəsi ilə vurdular. Onlar bizim qəsəbədə qeyri-rus millətindən olan şəxslərin yaşamasını, bazarda çalışmasını istəmirlər”, - Svetlana Məmmədova bildirib.

Rusiyada yaşayan vəkil Ələkbər Qarayev Fryanovada yaşayan azərbaycanlıların ona bu videogörüntüləri göndərdiklərini söyləyib: "Həmin videolardan görünür ki, həqiqətən də şəxs əlində "Vinçester" silahı ilə girir bazara, hətta silahı onların üstünə yönəldir. Bu silahla atəş açmaq istəyir. Bu, həqiqətən də çox qorxulu haldır. Doğrusu mən bura gələndə elə fikirləşdim ki, 90-cı illərin əvvəlindəyəm. Əlbəttə ki, lazımdır ki, müvafiq orqanlar bununla məşğul olsunlar. Çünki, konstitusiya qarşısında bütün millətlər eyni hüquqdadırlar, heç kimin hüququ pozulmamalıdır".

Svetlana Məmmədova polisə baş vermiş insidentlə bağlı ərizə yazdığını bildirib: “Lakin polis hələ ki heç bir tədbir görməyib. Kamera insidenti çəkib, videoda hər şey var. Polis heç nə demir, ancaq şikayət ərizəsini qəbul edib. Bu, insident birinci hal deyil. Həmin qardaşlar tez-tez bazara hücum edir”.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Fryanovo polis bölməsindən məlum insidentlə bağlı araşdırma aparıldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2152

Oxşar yazılar

Siyəzəndə kirayəşin müəmmalı şəkildə  öldü

Siyəzəndə kirayəşin müəmmalı şəkildə öldü

26 iyul 2025 , 19:27
Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

26 iyul 2025 , 18:25
Şuşada 4 hektar ərazi yandı

Şuşada 4 hektar ərazi yandı

26 iyul 2025 , 18:04
Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

26 iyul 2025 , 17:30
Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

26 iyul 2025 , 17:21
Rüşvətxor prokuror   həbs olundu

Rüşvətxor prokuror həbs olundu

26 iyul 2025 , 15:46
Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

26 iyul 2025 , 14:52
Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

26 iyul 2025 , 14:34