Nənəsini və babasını öldürüb  qaçdı
10 iyun 2025 16:25 (UTC +04:00)

Nənəsini və babasını öldürüb qaçdı

Başqırdıstanda kişi bıçaqla nənə və babasını öldürüb. 

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Duvan rayonunun Mesyaqutovo kəndində baş verib. İyunun 5-də Perm diyarında magistral yolda 76 yaşlı Başqırdıstan sakininə məxsus avtomobil tapılıb. İki gün sonra evlərində çoxsaylı bıçaq xəsarətləri olan kişi və onun 64 yaşlı həyat yoldaşının cəsədləri aşkarlanıb. Təqaüdçülər bir neçə gün idi ki, zənglərə cavab verməyiblər və yaxınları narahat olmağa başlayıb.

Müstəntiqlər hadisədə cütlüyün 21 yaşlı nəvəsinin əli olduğuna əmindirlər. 

Ehtimala görə, o, bıçaqla nənə və babasını öldürüb. Daha sonra babasının avtomobilini oğurlayıb, onu xəndəyə sürərək, Prikamyedə avtomobili magistralın ortasında tərk edib. Gənc barəsində axtarış elan edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210

Oxşar yazılar