Sosial şəbəkələrdə 12 avqustda Yerin 7 saniyə ərzində cazibə qüvvəsini itirəcəyi barədə iddialar yayılıb.
Lent.az xəbər verir ki, bu barədə "Snopes" məlumat yayıb.
Paylaşımlarda hətta bu hadisənin NASA-nın gizli layihəsi ilə əlaqəli olduğu da iddia edilir. Lakin alimlər belə bir hadisənin baş verməyəcəyini bildirirlər. 12 avqustda həqiqətən də Günəş tutulması, Perseid meteor yağışı və digər astronomik hadisələr müşahidə olunacaq. Ancaq bu hadisələrin heç biri Yerin cazibə qüvvəsinin yox olmasına səbəb ola bilməz.