Bakıda tanınmış jurnalisti döyüb ayağını sındırdılar - HADİSƏ ANI
10 iyun 2025 15:01 (UTC +04:00)

Bakıda tanınmış jurnalisti döyüb ayağını sındırdılar - HADİSƏ ANI

Bakıda tanınmış jurnalist döyülüb.

Lent.az-ın məlumatına görə, hadisə “Jurnalistlər Binası”nda qeydə alınıb.

Orada yaşayan, tanınmış jurnalist Rahib Qərib bir qrup şəxs tərəfindən döyülüb.

Şahidlərin bildirdiyinə görə, hadisə avtomobil parklanması zamanı düşən mübahisə zəminində baş verib.

Belə ki, Rahib Qərib avtomobilini park edərkən digər maşını yüngül zədələyib. Buna görə həmin avtomobilin sahibi və onun yaxınları jurnalisti döyüblər.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

Məsələ ilə bağlı Lent.az-a danışan jurnalist Rahib Qərib bildirib ki, aldığı xəsarətlər səbəbilə Kliniki Tibbi Mərkəzdə müalicə alıb:

“Gecə saatları TikTok-da hərbi geyimdə canlı yayımda idim. Avtomobilimdə olan emblemi izləyicilərimə göstərmək üçün həyətə düşdüm. Səhlənkarlıq nəticəsində, istəmədən qarşıdakı “Range Rover” markalı avtomobilə cüzi zədə yetirmişəm. Bunun üstündə maşının sahibi və qohumu mənimlə dalaşdı. Xəsarətlər aldım. Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparıldım. Xəstəxanadan sırağa gün buraxılmışam. Ayağım snıb. Hazırda polis məsələni araşdırır. Sonadək gedəcəm ki, cəzalarını alsınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3781

Oxşar yazılar

Siyəzəndə kirayəşin müəmmalı şəkildə  öldü

Siyəzəndə kirayəşin müəmmalı şəkildə öldü

26 iyul 2025 , 19:27
Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

26 iyul 2025 , 18:25
Şuşada 4 hektar ərazi yandı

Şuşada 4 hektar ərazi yandı

26 iyul 2025 , 18:04
Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

26 iyul 2025 , 17:30
Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

26 iyul 2025 , 17:21
Rüşvətxor prokuror   həbs olundu

Rüşvətxor prokuror həbs olundu

26 iyul 2025 , 15:46
Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

26 iyul 2025 , 14:52
Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

26 iyul 2025 , 14:34