Superkompüter Klublararası Dünya çempionatının favoritini  seçdi
10 iyun 2025 13:37 (UTC +04:00)

Superkompüter Klublararası Dünya çempionatının favoritini seçdi

Proqnoza görə, “Real” yalnız beşinci yerdədir.

Opta superkompüteri bu yay keçiriləcək Klublararası dünya çempionatında qalib olmaq üçün favoritləri müəyyən edib. Superkompüter turnirin 10 min simulyasiyasını keçirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 18,5 faiz hallarda yarışı Çempionlar Liqasının hazırkı qalibi PSJ qazanıb. Daha sonra Klublararası dünya çempionatında qalib gəlmək şansı ən yüksək olan komandalar “Mançester Siti” (17,8 faiz) və “Bavariya”dır (12,8 faiz).

İlk favoritlər onluğuna həmçinin "İnter" (12,3 faiz), "Real" (9,8 faiz), "Çelsi" (8,4 faiz), Dortmund "Borussiya"sı (5,4 faiz), "Atletiko" (5,1 faiz), "Yuventus" (3,6 faiz) və "Benfika" (3,3 faiz) daxildir.

Klublararası dünya çempionatının startı iyunun 14-nə təyin edilib. 

Açılış oyununda “İnter Mayami” Misirin “Əl-Əhli” klubu ilə qarşılaşacaq. ABŞ-da keçiriləcək turnirdə 6 konfederasiyadan ümumilikdə 32 komanda iştirak edəcək. Yarışmanın mükafat fondu milyard dollardan artıqdır. Final 2025-ci il iyulun 13-də Nyu-Cersi ştatının Şərqi Ruterford şəhərindəki “MetLife” Stadionunda keçiriləcək.

2025-ci il Klublararası dünya çempionatı turnirin 21-ci buraxılışı olacaq və yeni formatda keçiriləcək ilk turnir olacaq. İlk dəfə FIFA Klublararası Dünya çempionatı 2000-ci ilin yanvarında Braziliyada keçirilib. O, hər il Yaponiyada UEFA Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunun qalibi arasında keçirilən Qitələrarası Kubokun davamçısı kimi FIFA tərəfindən tanınıb. Dörd illik fasilədən sonra turnir FİFA Klublararası Dünya Kuboku adlandırılıb və 2005-ci ildə yenidən bərpa edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar