Masallı rayonunda polisin keçirdiyi tədbirlələ saxta kərə yağı istehsalı və satışı ilə məşğul olan şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşları 47 yaşlı Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kiloqram qarışıq yağ, 90 kiloqram qaymaq və 126 kiloqram pendir məhsulları aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.