Borca görə 39 nəfər saxlanıldı
13 yanvar 2023 08:54 (UTC +04:00)

Borca görə 39 nəfər saxlanıldı

0

Yanvarın 12-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2322

Oxşar yazılar