Boğulan qadını xilas edən məmur özü öldü
12 iyul 2023 16:33 (UTC +04:00)

Boğulan qadını xilas edən məmur özü öldü

Volqoqrad şəhərinin mənzil-kommunal təsərrüfatı üzrə tariflərin tənzimlənməsi departamentinin rəis müavini Mixail Tkaçev Anapa kurortunda batan qadını xilas etməyə çalışarkən ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Tkaçev 17 il qiymət və tariflərin tənzimlənməsi orqanlarında, xüsusən də Volqoqrad vilayətinin Administrasiyasının Regional Tariflər Departamentində, Volqoqrad vilayətinin Yanacaq, Energetika və Tarif Tənzimləmə Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb.

İyulun 9-da Anapada fırtınada qadını xilas edərkən boğulan naməlum kişinin öldüyü bildirilir. Bildirilib ki, kişi qadını xilas etmək üçün güclü dalğalara və gözlənilən tornadoya baxmayaraq suya atılıb. O, üzərək sudan çıxa bilməsə də, lakin “Shot” teleqram kanalının məlumatına görə qadın xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451
avatar

Oxşar yazılar