Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyatlar davam edir.
Lent.az-ın əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi BNA-da ciddi qanunsuzluqlar aşkar edib.
Əməliyyat nəticəsində bir neçə nəfərin saxlanıldığı bildirilir.
Saxlanılanlar barədə hələlik rəsmi məlumat verilmir.
***
25 iyul, saat 21:15
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
Əlavə məlumat veriləcək.